X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Azərbaycan xalqının Milli Qurtuluş Günü ədliyyə qurumlarında geniş qeyd olunmuşdur

Azərbaycan xalqının ən əlamətdar bayramlarından olan 15 iyun – Milli Qurtuluş Günü ulu öndər Heydər Əliyevin ölkənin dərin ictimai-siyasi və iqtisadi böhrandan çıxarılmasında, dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsində, respublikamızın beynəlxalq aləmə sürətli inteqrasiya etməsində və tanıdılmasında müstəsna xidmətləri kimi qiymətləndirilərək, ölkəmizdə hər il geniş qeyd olunur.

Bu əziz bayram münasibətilə Ədliyyə Nazirliyinin rəhbər işçiləri iyunun 14-də Heydər Əliyev adına Sarayın qarşısındakı parka gələrək müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsinə sonsuz ehtiramlarını bildirmiş, abidəsi önünə əklil qoymuşlar. Sonra ümummilli liderin Nazirlikdəki büstü önünə tər çiçəklər düzülmüş, əziz və işıqlı xatirəsi yad edilmişdir. Tədbir iştirakçıları Heydər Əliyev muzeyində onun həyat və fəaliyyətini əks etdirən müxtəlif sənədlər, fotoşəkillər və yeni nəşrlərlə tanış olmuş, maraqlı ekspozisiyalara baxmış, dahi öndərə həsr olunmuş yeni filmi izləmişlər.

Milli Qurtuluş Günü Nazirliyin bütün struktur qurumlarında geniş qeyd edilmişdir. Tədbirlərdə ədliyyə naziri Fikrət Məmmədov və digər məsul işçilər çıxış edərək dahi şəxsiyyət Heydər Əliyevin güclü idarəçilik bacarığı, xilaskarlıq missiyası, titanik fəaliyyəti haqqında ətraflı bəhs etmiş, əbədiyaşar liderin zəngin dövlətçilik təcrübəsi, siyasi uzaqgörənliyi və xalqımız qarşısındakı misilsiz xidmətlərindən danışmışlar.

Ədliyyə işçiləri xalqımızın tarixinə, milli dövlətçilik salnaməsinə öz şərəfli imzasını atan dahi öndər Heydər Əliyevin yaratdığı və əbədi həyat verdiyi müstəqil Azərbaycanın hərtərəfli tərəqqisi, çiçəklənməsi və daha da qüdrətlənməsi naminə yeni-yeni uğurların qazanılmasında əllərindən gələni əsirgəməyəcəklərini, möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən müasir, irimiqyaslı islahatlarda ölkə başçısına layiqli yardımçı olmaq üçün əzmkarlıqla çalışacaqlarını bildirmişlər.

Keçidlər