X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Avropa Şurasının ölkəmizlə əməkdaşlığı inkişaf edir

Oktyabrın 20-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov respublikamızda səfərdə olan Avropa Şurası (AŞ) Baş katibinin təşkilati inkişaf və islahatlar üzrə xüsusi nümayəndəsi Jerar Ştudmanla görüşmüşdür.

Azərbaycanın Avropa Şurası ilə səmərəli əməkdaşlıq etdiyini bildirən nazir ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə məhkəmə və ədliyyə, o cümlədən penitensiar sistemin müasirləşdirilməsi üzrə görülən işlər barədə məlumat vermiş, həyata keçirilən tədbirlərdə nüfuzlu beynəlxalq təşkilatların, xüsusilə Avropa Şurasının fəal iştirakını və ölkəmizdə hakimlərin ən şəffaf seçiminin bu mötəbər qurum tərəfindən müsbət təcrübə kimi qiymətləndirildiyini vurğulamış, əməkdaşlığın inkişafı üçün böyük perspektivlərin olduğunu qeyd etmişdir.

Respublikamızda növbəti dəfə olmaqdan məmnunluğunu ifadə edən qonaq, Azərbaycana əvvəlki səfərlərini xoş təəssüratlarla xatırlatmış, son illər ərzində ölkəmizin hərtərəfli dinamik inkişafını, müxtəlif sahələrdə qazanılmış böyük nailiyyətləri təqdir etmişdir. J.Ştudman Avropa Şurasının Azərbaycanla əlaqələrin daha da dərinləşməsində maraqlı olduğunu bildirərək əməkdaşlığın yeni prioritetlərinə dair Fəaliyyət Planının hazırlandığını bildirmiş, ölkəmizdə korrupsiya ilə sərt mübarizənin aparıldığı nəzərə alınaraq bu Plana həmin məsələnin əsas prioritet kimi daxil ediləcəyini qeyd etmişdir.

Görüşdə həmçinin, inzibati ədliyyə, məhkəmə qərarlarının icrası, hakimlərin və hakimliyə namizədlərin tədrisi, elektron xidmətlərin tətbiqi kimi qarşılıqlı fəaliyyətə dair konkret prioritetlər müzakirə olunmuş, korrupsiya ilə mübarizə sahəsində beynəlxalq əməkdaşlığa böyük əhəmiyyət verilərək, Azərbaycan nümayəndə heyətinin bu günlərdə Mərakeşdə keçiriləcək mötəbər beynəlxalq forumlarda iştirak edəcəyi bildirilmişdir.

Tədbirdə AŞ-nın Bakı ofisinin rəhbəri səfir Konstantin Yerokostopulos iştirak etmişdir.

Qonaq nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olmuşdur.

Keçidlər