X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

İndoneziya Konstitusiya Məhkəməsinin sədri Ədliyyə Nazirliyində olmuşdur

Oktyabrın 20-də ədliyyə nazirinin müavini Toğrul Musayev ölkəmizdə səfərdə olan İndoneziya Konstitusiya Məhkəməsinin sədri Məhəmməd Mahfudun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Azərbaycanın İndoneziya ilə mövcud dostluq əlaqələrini, ölkələrimiz arasında əməkdaşlığın həm ikitərəfli səviyyədə, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurla həyata keçirildiyini qeyd edən nazir müavini ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan köklü hüquq islahatları nəticəsində məhkəmə sisteminin təkmilləşdirilməsi, hakimliyə namizədlərin Avropada ən mütərəqqi və şəffaf hesab edilən qaydalarla seçimi, habelə ədliyyə infrastrukturunun müasirləşdirilməsi üzrə görülən genişmiqyaslı işlər barədə məlumat vermiş, münasibətlərimizin inkişafı üçün geniş perspektivlərin olduğunu vurğulamışdır.

Oxşar tarixə malik ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsinə mühüm önəm verən qonaq ədliyyə və məhkəmə sistemində əldə olunmuş nailiyyətlərə böyük maraq göstərmiş, hüquqi əlaqələrin inkişaf etdirilməsinin və qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyətini qeyd etmişdir.

Görüşdə həmçinin, inzibati ədliyyə, vətəndaş cəmiyyətinin inkişafı, antikorrupsiya fəaliyyəti, sahibkarlıq sahəsində yoxlamaların tənzimlənməsi, elektron xidmətlərin tətbiqi və maraq doğuran digər məsələlər barədə faydalı fikir mübadiləsi aparılmışdır.

Tədbirdə İndoneziyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Aqus Trimartono iştirak etmişdir.

Qonaqlar nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olmuşlar.

 

Keçidlər