X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı sənəd qəbulu iyun ayının 4-də başa çatır

Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası bildirir ki, ədliyyə orqanlarında vakant ştat vahidlərinin komplektləşdirilməsi üçün peşəkar kadrlara olan ehtiyacı nəzərə alaraq növbəti açıq müsabiqə üzrə aprel ayının 10-da başlanmış sənəd qəbulu iyun ayının 4-də başa çatır.

Bir daha xatırladırıq ki, müsabiqədə iştirak proseduru sadələşdirilmiş və birinci mərhələdə – test imtahanında iştirak etmək üçün yalnız müvafiq ərizə ilə müraciət etmək kifayətdir. Ərizənin formasını Ədliyyə Nazirliyindən (ünvan: Bakı şəhəri, İnşaatçılar prospekti 1) və ya nazirliyin internet səhifəsindən götürmək olar. Test imtahanından uğur qazanmış namizədlərin digər sənədlərinin toplanması və yoxlanılması bu mərhələdən sonra həyata keçiriləcək və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər ikinci mərhələyə – söhbətə buraxılacaqlar.

Məlumat üçün bildiririk ki, Nazirliyin icra xidmətində, regional ədliyyə və qeydiyyat şöbələrində, həmçinin digər ədliyyə sahələrində vakant vəzifələrdə işləmək üçün artıq 300 nəfərdən çox şəxs müraciət etmişdir.

Müsabiqənin test imtahanı iyun ayının 9-da aşkarlıq şəraitində bütün namizədlər üçün vahid auditoriyada – Azərbaycan Texniki Universitetinin idman sarayında, Bakı şəhəri, A.Sultanova küçəsi 5 ünvanında keçiriləcəkdir (Nazirliyin internet səhifəsində imtahan binasına gedişlə bağlı xüsusi videoçarx yerləşdirilmişdir).

Şəffaflığın artırılması üçün test sualları bilavasitə imtahan zalında yerli və beynəlxalq təşkilatlardan olan müşahidəçilərin və mətbuat nümayəndələrinin iştirakı ilə saat 09.00-dan etibarən seçiləcəkdir. İmtahandan dərhal sonra cavab kartları yoxlanılaraq nəticələr yerindəcə elan olunacaqdır. Bu prosesi izləmək üçün bütün namizədlər dəvət olunurlar.

Namizədlərin nəzərinə çatdırırıq ki, test imtahanının keçirilməsi qaydası və imtahan suallarının hazırlanmasında istifadə olunmuş normativ hüquqi aktlara dair xülasə ilə bağlı "Yaddaş kitabçası" hazırkı müsabiqə elan edilərkən nazirliyin internet səhifəsində yerləşdirilmiş və müraciət edənlərə təqdim olunur.

Namizədlər "İmtahana buraxılış vərəqəsi"ni iyun ayının 7-dən etibarən şəxsiyyət vəsiqəsini təqdim etməklə səhər saat 09-dan axşam saat 18-dək Ədliyyə Nazirliyinin inzibati binasında götürməlidirlər.

Buraxılış rejiminin və yerləşdirilmənin təmin olunması üçün namizədlər imtahana gecikmədən, buraxılış vərəqəsində göstərilən vaxtda gəlməlidirlər.

İmtahana gələrkən namizədlər buraxılış vərəqəsini və şəxsiyyət vəsiqəsini mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda namizəd imtahana buraxılmayacaqdır.

Nazirliyin internet səhifəsindən, eləcə də 430-01-18, 430-11-05 nömrəli telefonlar vasitəsilə əlavə operativ məlumatlar almaq olar.

 

Keçidlər