X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi Mədət Qəzənfər oğlu Quliyevə ədliyyə general-leytenantı ali xüsusi rütbəsi verilsin.

2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin aşağıdakı əməkdaşlarına III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilsin:

Qafarov Zakir Əsəd oğlu - İstintaq idarəsinin rəisi
Səlim-zadə Mehdi İldırım oğlu - Bələdiyyələrlə iş mərkəzinin rəisi.

3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidməti rəisinin müavini Hüseynağa Ənvər oğlu Əlixanova ədliyyə general-mayoru ali xüsusi rütbəsi verilsin.

4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb baş idarəsinin rəisi Rəfail İbrahim oğlu Mehdiyevə tibb xidməti general-mayoru ali xüsusi rütbəsi verilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 noyabr 2012-ci il.

Keçidlər