X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi mətbuat xidmətinin məlumatı

Ədliyyə orqanlarının müsabiqə əsasında, aşkarlıq şəraitində şəffaf prosedurlarla yüksək nəzəri və peşə hazırlığına malik işçilərlə komplektləşdirilməsi üzrə tədbirlər davam etdirilir.

Xatırladırıq ki, hazırda qulluğa qəbulla bağlı açıq müsabiqə üzrə 27 sentyabr 2008-ci il tarixdə keçirilmiş test imtahanında müvəffəqiyyət qazanmış 99 nəfərlə müsabiqənin ikinci mərhələsi olan söhbət aparılır.

Bununla belə ədliyyə orqanlarında yüksək nəzəri biliyə malik olan kadrlara ehtiyacı, vakant ştat vahidlərini və vətəndaşların müraciətlərini nəzərə alaraq Qaydalara uyğun olaraq ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti müsabiqə elan edilir.

Vakant vəzifələr əsasən məhkəmə icraçıları xidmətində, qeydiyyat və yeni yaradılan regional ədliyyə şöbələrində və digər ədliyyə sahələrindədir.

Müsabiqədə iştirak etmək istəyən və "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə cavab verən ali hüquq təhsilli Azərbaycan Respublikası vətəndaşları ərizə və müvafiq sənədlərini təqdim edə bilərlər.

Sənədlər 2008-ci il noyabr ayının 5-dən etibarən Ədliyyə Nazirliyinin inzibati binasında (Bakı şəhəri, İnşaatçılar prospekti 1) bütün iş günləri qəbul ediləcəkdir. Test imtahanının vaxtı və yeri barədə sənədlərin qəbulu başa çatdıqdan sonra əlavə məlumat veriləcəkdir.

Qulluğa qəbulla bağlı tələb olunan sənədlərin siyahısı və digər aidiyyəti məsələlərlə bağlı 430-01-18, 430-11-05 nömrəli telefonlar vasitəsilə əlavə məlumat almaq olar.

Keçidlər