X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Notariat fəaliyyəti üzrə ixtisas komissiyasının növbəti iclası keçirilmişdir

2007-2008-ci ilin noyabr-yanvar aylarında notariat fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə şəhadətnamə almaq istəyən namizədlərlə test imtahanında və müsahibədə müvəffəqiyyət qazanmış namizədlər altı ay ərzində notarius yanında təcrübə keçmişlər.

İxtisas Komissiyasının növbəti iclasında təcrübəni bitirmiş namizədlərlə "Notariat fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə şəhadətnamə almaq üçün imtahanın, təcrübənin və müsahibələrin keçirilməsi Qaydası"na müvafiq olaraq peşə hazırlığına dair müsahibənin keçirilməsi ilə bağlı məsələlər ətraflı müzakirə olunmuşdur.

İclasda peşə hazırlığına dair müsahibənin noyabr ayının 14-də Ədliyyə Nazirliyinin inzibati binasında (Bakı şəhəri, İnşaatçılar prospekti, 1) keçirilməsi qərara alınmışdır.

Müsahibəyə gələnlər özləri ilə şəxsiyyət vəsiqələrini gətirməlidirlər.

Keçidlər