X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Məlumat verildiyi kimi ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti test imtahanı iyun ayının 9-da keçiriləcəkdir.

Müsabiqədə iştirak edən namizədlərə buraxılış vərəqəsinin iyun ayının 7-dən etibarən verilməsinə başlanılmışdır. Artıq 400 nəfərdən çox hüquqşünas buraxılış vərəqəsini almışlar.

Bildiririk ki, namizədlərə köməklik məqsədilə buraxılış vərəqələri həmçinin test imtahanının keçirildiyi yerdə, Azərbaycan Texniki Universitetinin idman sarayında (Bakı şəhəri, Ayna Sultanova küçəsi 5) bilavasitə imtahan başlamazdan əvvəl də veriləcəkdir.

Xatırladırıq ki, hazırkı ixtisas imtahanının gedişi Ədliyyə Nazirliyinin internet saytı vasitəsilə "on-line" rejimində birbaşa yayımlanacaqdır.

Keçidlər