X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Ədliyyə naziri Şəki şəhərində vətəndaşları qəbul etmişdir

Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Şəki regional ədliyyə şöbəsində Şəki, Balakən, Qax, Zaqatala, Oğuz, Qəbələ, Yevlax rayonlarında və Mingəçevir şəhərində yaşayan vətəndaşların qəbulunu keçirmişdir.

Vətəndaşların rahatlığının təmin edilməsi üçün nazirin qəbuluna yazılış qabaqcadan başlanılmış, nazirliyin elektron xidmətlər portalında xüsusi olaraq birbaşa yazılmaq imkanı yaradılmışdır.

Qəbuldan əvvəl nazir Fikrət Məmmədov və Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov ümummilli liderimiz Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini dərin ehtiramla yad etmişlər.

İki gün ərzində aparılmış qəbul zamanı ədliyyə və məhkəmə fəaliyyəti, habelə işə qəbul və digər müxtəlif məsələlər ilə bağlı 180-dən çox vətəndaş diqqətlə dinlənilmiş, müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə həllini tapmış, digər müraciətlər üzrə nazirliyin aidiyyəti məsul işçilərinə dərhal tapşırıqlar verilmişdir.

Eyni zamanda, ədliyyə və məhkəmə fəaliyyətinə aid olmayan məsələlərlə bağlı müraciətlərə baxılmış, onların araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunmuşdur.

Səfər çərçivəsində həmçinin, nazir Şəkidə inşa olunan və 4 məhkəməni əhatə edən müasir məhkəmə kompleksinin tikintisinin gedişatı ilə tanış olmuş, lazımi tapşırıqlar vermişdir.

Keçidlər