X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Vətəndaşların nəzərinə!

Azərbaycan Respublikasının ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov tərəfindən oktyabrın 3-də Sumqayıt şəhərində vətəndaşların qəbulu keçiriləcəkdir.

Qəbulda Sumqayıt şəhəri, Abşeron, Qobustan, Xızı rayonlarında yaşayan vətəndaşların, habelə Şuşa şəhəri və Qubadlı rayonundan olan məcburi köçkünlərin ədliyyə və məhkəmə fəaliyyəti və digər məsələlərlə bağlı müraciətlərinə baxılacaqdır.

Qəbul saat 11:00-da Sumqayıt şəhərinin Tarixi Muzeyində (ünvan: Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, 4-cü mikrorayon) keçiriləcəkdir.

Bildirilir ki, qəbula gəlmək istəyən vətəndaşlar Sumqayıt regional ədliyyə şöbəsi (ünvan: Sumqayıt şəhəri, 18-ci məhəllə, bina 4/11; əlaqə telefonları: (01865) 4-50-91; (01865) 5-18-42; (01865) 5-57-45), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və contact@justice.gov.az elektron poçt ünvanı vasitəsilə qəbula yazıla bilərlər.

Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılmışdır. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.

Keçidlər