X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Ədliyyə Nazirliyində görüş

Bu günlərdə Almaniya Federativ Respublikasının ölkəmizdəki səfiri cənab Per Kristofer Stankina ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovla görüşmüşdür.

Dövlətlərimiz arasında dostluq münasibətlərinin sürətli inkişafını vurğulayan nazir bu əlaqələrin hüquqi sahədə də çox sıx olduğunu qeyd etmiş, Azərbaycanda aparılan mütərəqqi məhkəmə-hüquq islahatlarında alman mütəxəssislərinin fəal iştirakını yüksək qiymətləndirmişdir.

Almaniyanın ölkəmizlə hərtərəfli əməkdaşlığına mühüm önəm verildiyini bildirən səfir, Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti tərəfindən Azərbaycanda 1998-ci ildən məhkəmə və hüquq islahatlarının dəstəklənməsi layihəsinin uğurla həyata keçirildiyini vurğulamış və 10 illik səmərəli fəaliyyəti nəticəsində əldə edilmiş nailiyyətlərin geniş ictimaiyyətə çatdırılması məqsədilə təntənəli tədbirin keçirilməsi ilə bağlı məsələlər müzakirə olunmuşdur.

Eyni zamanda, görüşdə iki ölkənin ədliyyə orqanları arasında qarşılıqlı fəaliyyətin perspektivləri müzakirə edilmiş, bu yaxınlarda Azərbaycan nümayəndə heyətinin Almaniyaya səfəri zamanı Ədliyyə Nazirlikləri arasında əməkdaşlığa dair sənədin razılaşdırılaraq paraflandığı vurğulanmışdır. Sənədin gələn ilin əvvələrində Almaniya ədliyyə nazirinin ölkəmizə səfəri zamanı imzalanmasının nəzərdə tutulduğu qeyd olunmuşdur.

Tədbirdən sonra qonaq nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olmuşdur.

Keçidlər