X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Vətəndaşların nəzərinə!

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov tərəfindən Qəbələ rayonunda Oğuz, İsmayıllı və Qəbələ rayonlarında yaşayan vətəndaşların qəbulunun keçirilməsi nəzərdə tutulmuşdur.

Bununla əlaqədar bildirilir ki, qəbul yanvar ayının 24-də saat 12.00-dan etibarən Qəbələ Mədəniyyət Mərkəzində (ünvan: Qəbələ şəhəri, 28 May küçəsi, 40) keçiriləcəkdir.

Vətəndaşlar qəbula Şəki regional ədliyyə şöbəsi (telefonu: (02424) 4-34-48; 4-43-47), habelə Ədliyyə Nazirliyinin (012) 510-10-01 (əlavə 2104), 055-925-37-41, (055) 634-85-15, (055) 652-07-07 nömrəli telefonları və contact@justice.gov.az elektron poçt ünvanı vasitəsilə, eləcə də Qəbələ Mədəniyyət Mərkəzində yazıla bilərlər.

Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılmışdır. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət olunmalıdır.

Keçidlər