X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Səudiyyə Ərəbistanın ölkəmizdəki səfiri ilə Ədliyyə Nazirliyində görüş

Yanvarın 31-də ədliyyə naziri Fikrət Məmmədov Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki səfiri Müsaid İbrahim Abdullah Əs-Süleym ilə görüşmüşdür.

Dövlətlərimiz və xalqlarımız arasında dostluq və səmərəli əməkdaşlıq münasibətlərini vurğulayan nazir ümummilli lider Heydər Əliyevin və ölkə Prezidenti cənab İlham Əliyevin Səudiyyə Ərəbistanına səfərlərinin bu əlaqələrin inkişafına mühüm təkan verdiyini, hüquqi əməkdaşlığın inkişaf etdirilməsinin hər iki tərəf üçün faydasını və bunun üçün geniş perspektivlərin olduğunu vurğulamış, respublikamızda aparılan məhkəmə-hüquq islahatları barədə məlumat vermişdir.

Azərbaycan və Səudiyyə Ərəbistanı arasında əməkdaşlığın çox yüksək səviyyədə olduğunu söyləyən səfir qarşılıqlı fəaliyyətin genişləndirilməsi üçün hər iki ölkə rəhbərlərinin güclü siyasi iradə nümayiş etdirdiyini vurğulamış, BMT, İslam Əməkdaşlıq Təşkilatı və s. beynəlxalq təşkilatlar daxilində konstruktiv əlaqələrin həyata keçirildiyini bildirərək, bu sahədə Hökumətlərarası birgə komissiyanın rolunu qeyd etmişdir. Ədliyyə Nazirliyi ilə səmərəli əməkdaşlığı yüksək qiymətləndirən qonaq hüquqi sahədə əlaqələrin daha da möhkəmləndirilməsi üçün əsaslı zəmin olduğunu söyləmişdir.

Görüşdə iki ölkə arasında müqavilə-hüquq bazasının inkişafı, xüsusilə mülki və ticarət işləri üzrə hüquqi yardım, ekstradisiya və məhkumların verilməsi üzrə hazırlanmış və razılaşdırılmış dövlətlərarası müqavilələrin imzalanması, nümayəndə heyətlərin mübadiləsi və s. məsələlər müzakirə edilmişdir.

Səfir nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olmuşdur.

Keçidlər