X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Gənclər günü münasibətilə Ədliyyə Nazirliyində görüş keçirilmişdir

Ümummilli lider Heydər Əliyevin bəxş etdiyi 2 Fevral - Gənclər Günü münasibətilə Ədliyyə Nazirliyində gənc ədliyyə işçiləri ilə görüş keçirilmişdir.

Tədbirdə ulu öndər tərəfindən təməli qoyulmuş və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən dövlət gənclər siyasəti nəticəsində hər bir gəncə cəmiyyətdə özünü təsdiq etməsi, yüksək bilik və bacarıqlar qazanması, intellektual və innovativ potensiallarının ümummilli məsələlərin həllinə yönəldilməsi üçün maksimum əlverişli şəraitin yaradıldığı xüsusi qeyd edilmişdir.

Görüşdə Ədliyyə Nazirliyində aparılan məqsədyönlü kadr siyasəti nəticəsində ədliyyə orqanlarında çalışanların təxminən yarısını gənclərin təşkil etdiyi, keçən il qulluğa qəbul edilənlərin isə 80%-nin məhz gənclər olması vurğulanmış, Nazirlik tərəfindən onların peşəkar dövlət qulluqçusu kimi formalaşdırılması, nəzəri biliklərinin artırılması, qabaqcıl beynəlxalq təcrübəyə yiyələnməsi, eləcə də xidmətdə fərqlənən gənclərin həvəsləndirilməsi və vəzifədə irəli çəkilməsi istiqamətində görülən geniş tədbirlərdən bəhs edilmişdir.

Çıxış edən gənc ədliyyə işçiləri ölkəmizdə onların hərtərəfli dövlət qayğısı ilə əhatə olunmalarına görə respublika Prezidentinə dərin minnətdarlıqlarını ifadə etmiş, qanunun aliliyinin təmin olunması, insan hüquq və azadlıqlarının etibarlı qorunması, demokratik hüquqi dövlət quruculuğu istiqamətində üzərlərinə düşən vəzifələri daim məsuliyyətlə və əzmkarlıqla yerinə yetirəcəklərini əminliklə bildirmişlər.

2 Fevral - Gənclər Günü ərəfəsində kadr korpusunun sağlam düşüncəli yeni nəsil mütəxəssislərlə möhkəmləndirilməsi məqsədi ilə daha bir qrup gənc ədliyyə orqanlarına qulluğa qəbul edilmişdir. Həmçinin növbəti test imtahanından uğur qazanmış namizədlərlə hazırda fərdi qaydada söhbət aparılaraq onların hazırlıq səviyyəsi və mənəvi keyfiyyətləri qiymətləndirilməklə ədliyyə qulluğuna layiqli şəxslər seçilir.

Gənclər günü Ədliyyə Nazirliyinin struktur qurumlarında geniş qeyd edilmişdir.

 

Keçidlər