X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Vətəndaşların nəzərinə!

Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov tərəfindən fevralın 7-də Naftalan şəhərində vətəndaşların qəbulu keçiriləcəkdir.

Qəbul saat 11.00-dan etibarən Heydər Əliyev Mərkəzində təşkil ediləcəkdir.

Qəbulda Naftalan, Mingəçevir, Yevlax şəhərlərində, Goranboy və Tərtər rayonlarında yaşayan vətəndaşların, habelə Xocalı şəhərindən olan məcburi köçkünlərin ədliyyə və məhkəmə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaqdır.

Vətəndaşlar qəbula Gəncə regional ədliyyə şöbəsi (əlaqə telefonu: (022) 254-48-15); (022) 254-48-21), habelə Ədliyyə Nazirliyinin (012) 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və contact@justice.gov.az elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.

Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılmışdır. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət olunmalıdır.

Keçidlər