X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Ədliyyə Nazirliyinin tibb xidmətinə qulluğa qəbulla bağlı müsabiqə davam edir

Ədliyyə Nazirliyi tibb xidmətinin kadr korpusunun müsabiqə və şəffaflıq əsasında yüksək hazırlıqlı və zəruri peşə keyfiyyətlərinə malik kadrlarla komplektləşdirilməsi üzrə tədbirlər davam etdirilir.

Xatırladırıq ki, vakant ştat vahidləri əsasən cəzaçəkmə müəssisələrinin və istintaq təcridxanalarının tibb xidmətlərində həkim-ftiziatr,  həkim-psixiatr-narkoloq, həkim-terapevt, həkim-cərrah, həkim-endoskopist, həkim-laborant, həkim-statistik, feldşer-laborant və tibb qardaşı ixtisasları üzrədir.

Tibb xidmətinə qulluğa qəbulla bağlı açıq müsabiqədə iştirak etmək istəyən və "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə cavab verən, həmçinin bəzi ixtisaslar üzrə rezidentura təhsili olmayan Azərbaycan Respublikasının vətəndaşları ərizə və müvafiq sənədlərini təqdim edə bilərlər.

Eyni zamanda həkim-terapevt, həkim-ftiziatr, həkim-psixiatr-narkoloq, həkim-infeksionist, şüa diaqnostikası üzrə həkim (rentgen və USM) ixtisaslı  yuxarıda göstərilən tələblərə cavab verən şəxslər Şəki penitensiar müəssisəsinin tibb xidmətinə qulluğa qəbula dəvət olunurlar.

Ərizə və sənədlər Tibb baş idarəsinin inzibati binasında (Bakı şəhəri, Bülbül prospekti, 2 ünvanında, «Sahil» metro stansiyasının yaxınlığında) bütün iş günləri qəbul edilir.

Tibb xidmətinə qulluğa qəbulla bağlı aidiyyəti məsələlərlə, o cümlədən tələb olunan sənədlərin siyahısı ilə Nazirliyin internet səhifəsində və aşağıdakı telefonlar vasitəsilə əlavə məlumat almaq olar: 

- Ədliyyə Nazirliyi üzrə www.justice.gov.az, tel.: 538-01-62. 

- Nazirliyin tibb xidməti üzrə tel.: 493-06-50, 493-30-91. 

 

 Arzu edənlərin müsabiqədə iştiraklarından məmnun olardıq.

Keçidlər