X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti açıq müsabiqə elan edilir

Ədliyyə Nazirliyinin kadr korpusunun layiqli gənc mütəxəssislərlə komplektləşdirilməsi istiqamətində mütəşəkkil qaydada işlər davam etdirilir və Müsabiqə Komissiyası hazırda onuncu müsabiqə üzrə test imtahanında uğur qazanmış namizədlərlə fərdi qaydada söhbət keçirməklə yanaşı növbəti açıq müsabiqə elan edir.

Nazirliyin icra xidmətində, regional ədliyyə və qeydiyyat şöbələrində, həmçinin digər ədliyyə sahələrində olan vakant vəzifələrdə çalışmaq üçün "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə cavab verən ali hüquq təhsilli Azərbaycan Respublikası vətəndaşları müsabiqəyə dəvət olunur.

Xatırladırıq ki, müsabiqənin birinci mərhələsində - test imtahanında iştirak etmək arzusunda olanların yalnız müvafiq formada ərizə ilə müraciət etməsi kifayətdir (ərizə formasını Ədliyyə Nazirliyinin internet səhifəsindən və ya nazirliyin aparatından - Bakı şəhəri, İnşaatçılar prospekti, 1 ünvanından götürmək mümkündür).

Qaydalara əsasən test imtahanından uğur qazanmış namizədlərin digər sənədlərinin toplanması və yoxlanılması bu mərhələdən sonra həyata keçiriləcək və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər ikinci mərhələyə - söhbətə buraxılacaqlar.

Müsabiqədə iştirak etmək üçün ərizələr 2014-cü ilin fevral ayının 15-dən etibarən yuxarıda göstərilən ünvanda qəbul olunur (əlavə məlumat internet səhifəsi və ya 538-01-62, 538-08-15 nömrəli telefonlar vasitəsilə almaq olar).

Həmçinin bildiririk ki, hazırkı müsabiqədə iştirak edən hüquqşünaslar üçün də test imtahanına və söhbət mərhələsinə mükəmməl hazırlaşmalarına və yüksək nəticələr əldə etmələrinə köməklik məqsədilə Müsabiqə Komissiyası Ədliyyə Akademiyasında müvafiq hazırlıq kursunun təşkilini nəzərdə tutmuşdur.    

Test imtahanının və hazırlıq kursunun vaxtı və yeri barədə əlavə məlumat veriləcəkdir.

Keçidlər