X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Ədliyyə Nazirliyində görüş

Martın 4-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Almaniyanın ölkəmizdəki səfiri xanım Haydrun Tempel ilə görüşmüşdür.

Azərbaycanın Almaniya ilə dostluq və səmərəli əməkdaşlığını vurğulayan nazir iki ölkənin Ədliyyə nazirlikləri arasında imzalanmış Birgə Bəyanatın hüquqi əlaqələrin genişləndirilməsinə təkan verdiyini bildirmişdir. Nazir ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı məhkəmə-hüquq islahatları, o cümlədən yeni məhkəmələrin yaradılması, hakimlərin sayının artırılması, onların Avropada ən şəffaf seçimi və tədrisi barədə məlumat vermiş, həyata keçirilən tədbirlərdə Almaniyanın Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GİZ) və Beynəlxalq Hüquq Əməkdaşlığı Fondunun (İRZ) fəal iştirakını qeyd etmişdir.

Ölkələrimiz arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən hüquqi sahədə inkişafından məmnunluğunu bildirən səfir alman təşkilatları ilə Ədliyyə Nazirliyi arasında uğurlu əməkdaşlığı təqdir etmişdir. Qonaq məhkəmə-hüquq sistemindəki nailiyyətlərdən, xüsusilə hakimlərin çoxmərhələli şəffaf seçimindən heyranlığını ifadə etmiş, habelə respublikamızda penitensiar sistemin müasirləşdirilməsi barədə məlumatlı olduğunu söyləmişdir. Xanım H.Tempel dövlət başçısının təşəbbüsü ilə yaradılmış "ASAN xidmət" mərkəzlərinin vətəndaşlara şəffaf xidmətlərin göstərilməsi baxımından uğurlu fəaliyyətini yüksək qiymətləndirmişdir.

Görüşdə əməkdaşlığın perspektivləri, habelə inzibati ədliyyə, müasir məhkəmə və penitensiar infrastrukturun yaradılması, hakimlərin tədrisi və s. məsələlər müzakirə olunmuş, faydalı fikir mübadiləsi aparılmışdır.

Qonaq nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olmuşdur.

Keçidlər