X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Ölkəmiz beynəlxalq antikorrupsiya mübarizəsində fəal iştirak edir

Dövlət başçısı cənab İlham Əliyevin siyasi iradəsi ilə respublikamızda korrupsiyaya qarşı sərt mübarizə aparılmaqla bu sahədə beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verilir.

Ölkəmiz 140 dövləti birləşdirən Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (IAACA) ən fəal və təşəbbüskar üzvlərindən biridir. Son illər IAACA çərçivəsində əlaqələrimiz daha da inkişaf etmiş, Assosiasiyanın ötən il keçirilmiş Ümumi Yığıncağında ölkəmizin ədliyyə naziri yenidən qurumun vitse-prezidenti seçilmişdir.

Cari il aprelin 1-3-də İspaniyanın Barselona şəhərində Assosiasiyanın rəhbər orqanı olan İcraiyyə Komitəsinin iclası keçirilmişdir.

İclasın təntənəli açılış mərasimində İspaniyanın muxtar vilayəti olan Kataloniya Parlamentinin sədr əvəzi Luis Korominas i Dias, Assosiasiyanın prezidenti - Çinin Baş prokuroru Çao Cianminq, İspaniyanın baş prokuroru Eduardo Torres Dulse və digər rəsmi şəxslər çıxış etmişlər.

Tədbirdə mühüm təşkilati məsələlərin müzakirəsi, Assosiasiyanın gələcək fəaliyyəti və beynəlxalq əlaqələrinin gücləndirilməsi, antikorrupsiya qurumlarının səmərəliliyinin artırılması, təlimlərin və maarifləndirmə tədbirlərinin təşkili kimi məsələlər müzakirə olunmuş, habelə korrupsiyaya qarşı qabaqcıl mübarizə üsullarına dair təcrübə mübadiləsi aparılmışdır.

Assosiasiyanın vitse-prezidenti, Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov iclasda çıxış edərək IAACA-nın mühüm rolunu və onun fəaliyyətinə ölkəmizin dəstəyini qeyd etmiş, Azərbaycanda dövlət siyasətinin prioriteti olan korrupsiyaya qarşı qəti mübarizənin aparılması barədə məlumat vermişdir. Eyni zamanda, Assosiasiyanın rəhbərliyi Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsində sədrliyi çərçivəsində Bakıda keçirilməsi nəzərdə tutulan beynəlxalq antikorrupsiya konfransına dəvət olunmuşdur.

Konfrans çərçivəsində İspaniyanın baş prokuroru, Kataloniyanın ədliyyə naziri, habelə digər ölkələrin hüquq-mühafizə orqanlarının rəhbərləri ilə görüşlər keçirilmiş, əməkdaşlığın perspektivlərinə dair danışıqlar aparılmışdır. 

Keçidlər