X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Ədliyyə Nazirliyində İranın ölkəmizdəki səfiri ilə görüş

Aprelin 18-də ədliyyə naziri Fikrət Məmmədov İranın ölkəmizdəki səfiri Möhsün Pakayin ilə görüşmüşdür.

Ölkələrimiz arasında dostluq və səmərəli əməkdaşlıq münasibətlərini qeyd edən nazir bu əlaqələrin inkişafında ümummilli lider Heydər Əliyevin müstəsna rolunu, ölkə prezidentlərinin mütəmadi, o cümlədən bu ay dövlət başçısı cənab İlham Əliyevin İrana səfərinin və mühüm sənədlərin imzalanmasının ikitərəfli əlaqələrin daha da möhkəmlənməsinə böyük təkan verdiyini vurğulamışdır.

Həmçinin, zəngin müqavilə bazası əsasında hüquqi əlaqələrin inkişafı, o cümlədən iki ölkənin Ədliyyə nazirliklərinin sıx əməkdaşlıq etdiyi bildirilmişdir.

Azərbaycan və İran arasında münasibətlərin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyini söyləyən səfir Azərbaycan Prezidentinin ölkəsinə səfərinin böyük səmərəsini vurğulayaraq, görüşlərin çox səmimi şəraitdə keçdiyini bildirmişdir. Qonaq həmçinin, Ədliyyə Nazirliyi ilə faydalı əməkdaşlığı təqdir etmişdir.

Görüşdə hüquqi yardım, məhkumların verilməsi və digər məsələlər üzrə ətraflı fikir mübadiləsi aparılmışdır.

Səfir dövlətlərimiz və xalqlarımız arasında münasibətlərin inkişafında ulu öndər Heydər Əliyevin böyük xidmətlərini xatırladaraq, müəllifi olduğu "Heydər Əliyev və İranla daimi dostluğa əsaslanan baxış" kitabını təqdim etmişdir.

Keçidlər