X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Ədliyyə Nazirliyində görüş

Azərbaycanda səfərdə olmuş İşgəncələrin qarşısının alınması üzrə Avropa Komitəsinin nümayəndə heyəti ədliyyə naziri Fikrət Məmmədovla görüşmüşdür.

Respublikamızda həyata keçirilən demokratik hüquqi islahatlardan söhbət açan nazir dövlətimizin siyasi iradəsi sayəsində ədliyyə orqanlarının, o cümlədən penitensiar sistemin müasirləşdirilməsinə xüsusi diqqət yetirilərək, məhkumların hüquqlarının genişləndirilməsi, yeni cəzaçəkmə müəssisələrin inşası, ərzaq və dərman təminatının köklü surətdə yaxşılaşdırılması və digər kompleks tədbirlərin həyata keçirildiyini vurğulamışdır.

Ölkəmizdə onların fəaliyyəti üçün hərtərəfli şərait yaradıldığına görə minnətdarlığını ifadə edən qonaqlar penitensiar müəssisələrə başçəkmələri ilə bağlı ilkin hesabatları təqdim edərək, Komitənin əvvəlki tövsiyələrin icrası vəziyyətini dəyərləndirmiş, o cümlədən cəzaların humanistləşdirilməsi ilə bağlı qəbul olunmuş yeni qanunun əhəmiyyətini xüsusi qeyd etmişlər.

Eyni zamanda, məhkumların hüquqlarının qorunması, onların saxlanma şəraitinin daha da yaxşılaşdırılması və s. üzrə müəyyən tövsiyələr verilmişdir.

Görüşdə tərəfləri maraqlandıran bir sıra məsələlər ətrafında müzakirələr və fikir mübadiləsi aparılmış, verilmiş tövsiyələrin əksəriyyətinin yeni cəzaçəkmə müəssisələrinin inşası ilə öz həllini tapacağı bildirilmişdir.

Həmçinin, nümayəndə heyətinə penitensiar xidmətin işçilərinin peşəkarlıq səviyyəsinin artırılması, məhkumların maarifləndirilməsi, ictimai nəzarətin təmin olunması və digər işlərə dair hazırlanmış sənədlər paketi təqdim olunmuşdur.

Keçidlər