X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

YUNİSEF ölkəmizlə səmərəli əməkdaşlıq edir

İyunun 13-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Azərbaycanda fəaliyyət müddəti başa çatan YUNİSEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbəri Mark Herevard ilə görüşmüşdür.

Azərbaycan və YUNİSEF arasında səmərəli əməkdaşlığı vurğulayan nazir dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan demokratik islahatlar, uşaq hüquqlarının qorunması üzrə görülən işlər barədə məlumat vermiş, ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına, penitensiar sistemin təkmilləşdirilməsinə, o cümlədən infrastrukturun müasirləşdirilməsinə yönəlmiş tədbirlərə toxunaraq yetkinlik yaşına çatmayan məhkumların hüquqlarının genişləndirilməsi və saxlanma şəraitinin yaxşılaşdırılması, onların islah olunmasını vurğulamışdır.

Nazir YUNİSEF-in Bakı Ofisi ilə səmərəli qarşılıqlı əlaqələri qeyd edərək, M.Herevarda gələcək fəaliyyətində uğurlar arzulamışdır.

YUNİSEF-in ölkəmizlə əməkdaşlığın inkişaf etdirilməsinə böyük önəm verdiyini bildirən M.Herevard respublikamızda uğurla aparılan hərtərəfli islahatların, o cümlədən məhkəmə və yuvenal ədliyyə sahəsində müsbət irəliləyişlərin şahidi olduğunu vurğulamış, Azərbaycandakı fəaliyyətindən, o cümlədən Ədliyyə Nazirliyi ilə faydalı işgüzar münasibətlərin, xüsusilə birgə tədris tədbirlərinin həyata keçirilməsindən məmnunluğunu ifadə etmişdir. Qonaq YUNİSEF-in ölkəmizlə əlaqələrin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini bildirmiş, Azərbaycandan ən xoş təəssüratla ayrıldığını söyləmişdir.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən qanunvericiliyin təkmilləşdirilməsi ətrafında faydalı fikir mübadiləsi aparılmışdır.

Qonaq nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olmuşdur.

Keçidlər