X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Azərbaycan xalqının Milli Qurtuluş Günü Ədliyyə Nazirliyində qeyd olunmuşdur

Azərbaycan xalqının ən əlamətdar bayramlarından olan 15 iyun - Milli Qurtuluş Günü ümummilli lider Heydər Əliyevin ölkənin dərin ictimai-siyasi və iqtisadi böhrandan çıxarılmasında, vətəndaş müharibəsinin qarşısının alınmasında, müstəqilliyimizin qorunub möhkəmləndirilməsində, dövlətimizin bütün sahələrdə uğurlar qazanmasında, beynəlxalq aləmə sürətli inteqrasiya etməsində və tanıdılmasında müstəsna xidmətləri kimi qiymətləndirilərək, ölkəmizdə hər il geniş qeyd olunur.

Bu əziz bayram münasibətilə Ədliyyə Nazirliyinin rəhbər işçiləri iyunun 14-də Heydər Əliyev adına Sarayın qarşısındakı parka gələrək müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsinə sonsuz ehtiramlarını bildirmiş, abidəsi önünə əklil qoymuşlar. Sonra ümummilli liderin Nazirlikdəki büstü önünə gül dəstələri düzülmüş, əziz və işıqlı xatirəsi yad edilmişdir.

Tədbir iştirakçıları Heydər Əliyev muzeyində onun həyat və fəaliyyətini əks etdirən müxtəlif sənədlərə, fotoşəkillərə, maraqlı ekspozisiyalara baxmış, eləcə də xüsusi hazırlanmış ayrıca stendlə tanış olmuş, dahi öndərə həsr olunmuş yeni filmi izləmişlər.

Milli Qurtuluş Günü ilə bağlı keçirilən tədbirlərdə dahi şəxsiyyət Heydər Əliyevin xalqımız qarşısında misilsiz xidmətlərindən, xilaskarlıq missiyasından bəhs olunmuşdur. Qeyd edilmişdir ki, ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı xalqı böyük bəladan xilas etmiş, milli dövlətçiliyimizin inkişaf mərhələsi məhz həmin vaxtdan başlamışdır. Ulu Öndərin müəyyən etdiyi hərtərəfli inkişaf strategiyasının ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsi, ölkəmizin gündən-günə çiçəklənməsi, xalqımızın bütün sahələrdə yüksək nailiyyətlər qazanması vurğulanmışdır.

Keçidlər