X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Ədliyyə Nazirliyi mətbuat xidmətinin məlumatı

Dekabrın 10-da Notariat fəaliyyəti üzrə İxtisas Komissiyasının növbəti iclası keçirilmiş, test imtahanında müvəffəqiyyət qazanmış 120 namizədlə müsahibənin keçirilməsinə dair məsələlər ətraflı müzakirə edilmişdir.

İclasda Komissiya tərəfindən namizədlərlə müsahibənin fərdi qaydada söhbət formasında keçirilməsinə dekabr ayının 23-dən başlanılması qərara alınmışdır.

Qaydalara müvafiq olaraq Ədliyyə Nazirliyinin inzibati binasında (Bakı şəhəri, İnşaatçılar prospekti, 1) keçiriləcək müsahibəyə dəvət edilən hər bir namizədə müsahibənin tarixi və vaxtı barədə əvvəlcədən məlumat veriləcəkdir.

Müsahibəyə gələnlər özləri ilə şəxsiyyət vəsiqələrini gətirməlidirlər.

Keçidlər