X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti açıq müsabiqə elan edilir

Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası bildirir ki, hazırda növbəti müsabiqə üzrə namizədlərlə fərdi qaydada söhbət keçirilir.

Bununla belə ədliyyə orqanlarında mövcud vakant ştat vahidlərinin komplektləşdirilməsi üçün peşəkar kadrlara olan ehtiyacı nəzərə alaraq yeni açıq müsabiqə elan edilir.

Nazirliyin icra xidmətində, regional ədliyyə və qeydiyyat şöbələrində, həmçinin digər ədliyyə sahələrində olan vakant vəzifələrdə çalışmaq üçün "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Qanunun tələblərinə cavab verən ali hüquq təhsilli Azərbaycan Respublikası vətəndaşları müsabiqəyə dəvət olunur.

Müsabiqədə iştirak etmək arzusunda olanlar ərizələrini 2014-cü ilin sentyabr ayının 17-dən etibarən aşağıda göstərilən ünvanlarda:

- Nazirliyin inzibati binasında,

(Bakı şəhəri, İnşaatçılar prospekti 1, tel.: 538-01-62, 538-08-15);

- Şəki regional ədliyyə şöbəsində,

(Şəki şəhəri, 20 yanvar küçəsi 94, tel.: (02424) 4-32-18);

- Sumqayıt regional ədliyyə şöbəsində,

 (Sumqayıt şəhəri, 18-ci məhəllə, bina 4/11, tel.: (01865) 4-50-91);

- Şirvan regional ədliyyə şöbəsində,

(Şirvan şəhəri, F.İsmayılov küçəsi 17, tel.: (02121) 5-15-66);

- İmişli regional ədliyyə şöbəsində,

(İmişli şəhəri, S.Qazıyeva küçəsi12A, tel.: (02124) 6-26-94);

- Xaçmaz regional ədliyyə şöbəsində,

(Xaçmaz şəhəri, H.Əliyev prospekti 17, tel.:  (02332) 5-18-88);

- Göyçay regional ədliyyə şöbəsində,

(Göyçay şəhəri, Nizami küçəsi 111, tel.: (02027) 4-13-10);

- Lənkəran regional ədliyyə şöbəsində,

(Lənkəran şəhəri, H.Abdullayev küçəsi 15, tel.: (02525) 4-26-72);

- Bərdə regional ədliyyə şöbəsində,

(Bərdə şəhəri, H.Əliyev prospekti 77, tel.: (02020) 5-43-07);

- Şəmkir regional ədliyyə şöbəsində,

(Şəmkir şəhəri, H.Əliyev prospekti 2, tel.: (02230) 5-48-81);

- Gəncə regional ədliyyə şöbəsində,

(Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi,  28 may küçəsi, tel.: (022) 54-45-15)

təqdim edə və ya nazirliyin elektron poçtuna (contact@justice.gov.az) göndərə bilərlər.

Xatırladırıq ki, müsabiqənin birinci mərhələsində - test imtahanında iştirak etmək arzusunda olanların yalnız müvafiq formada ərizə ilə müraciət etməsi kifayətdir. Ərizə formasını internet səhifəmizdən (www.justice.gov.az), nazirlikdə və ya regional ədliyyə şöbələrində əldə etmək mümkündür.

Qaydalara əsasən test imtahanından uğur qazanmış namizədlərin digər sənədlərinin toplanması və yoxlanılması bu mərhələdən sonra həyata keçiriləcək və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər ikinci mərhələyə - söhbətə buraxılacaqlar.

Həmçinin bildiririk ki, hazırkı müsabiqədə iştirak edəcək hüquqşünaslar üçün də test imtahanına və söhbət mərhələsinə mükəmməl hazırlaşmalarına və yüksək nəticələr əldə etmələrinə köməklik məqsədilə Ədliyyə Akademiyasında müvafiq hazırlıq kursunun təşkili nəzərdə tutulmuşdur.

Test imtahanının və hazırlıq kursunun vaxtı və yeri barədə əlavə məlumat veriləcəkdir.

Keçidlər