X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

YUNİSEF ölkəmizlə səmərəli əməkdaşlıq edir

Sentyabrın 25-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov YUNİSEF-in ölkəmizdəki nümayəndəliyinin yeni rəhbəri Andro Şilakadze ilə görüşmüşdür.

Azərbaycan və YUNİSEF arasında səmərəli əməkdaşlığı qeyd edən nazir ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə insan haqlarının, o cümlədən uşaq hüquqlarının qorunması üzrə görülən işlərdən danışmış, məhkəmə-hüquq islahatları, yuvenal ədliyyənin inkişafına xidmət edən tədbirlər, bu sahədə yeni təşəbbüslər barədə məlumat vermiş, YUNİSEF-in Bakı Ofisi ilə səmərəli qarşılıqlı əlaqələri qeyd edərək, A.Şilakadzeyə uğurlu fəaliyyət arzulamışdır.

YUNİSEF-in ölkəmizlə əlaqələrinin yüksək səviyyədə olduğunu bildirən qonaq Azərbaycan Prezidentinin və birinci xanımının qayğısı ilə ölkəmizin sürətli sosial-iqtisadi inkişafını, müxtəlif sahələrdə əldə olunmuş nailiyyətləri, o cümlədən uşaq hüquqlarının qorunması üzrə atılan mütərəqqi addımları təqdir etmişdir. A.Şilakadze yuvenal ədliyyə sahəsində görülmüş işləri, məhkəmə və penitensiar infrastrukturun müasirləşdirilməsi, yetkinlik yaşına çatmayan məhkumların hüquqlarının genişləndirilməsi üzrə tədbirləri məmnunluqla qarşılamış, əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəyini və yaxşı təcrübələri bölüşməyə hazır olduğunu bildirmişdir.

Görüşdə yeniyetmələrin cinayət işləri üzrə ədalət mühakiməsinin həyata keçirilməsi, hakim və digər hüquqşünasların tədrisi və s. məsələlər müzakirə olunmuş, konkret əməkdaşlıq istiqamətləri üzrə təkliflər irəli sürülmüşdür.

Qonaq nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olmuşdur.

Keçidlər