X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Ədliyyə Nazirliyində görüş

Oktyabrın 2-də ədliyyə naziri Fikrət Məmmədov IV Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan Avstriyanın və Sloveniyanın sabiq ədliyyə nazirləri xanım Klaudia Bandion-Ortner və Ales Zalar ilə görüşüb.

Ölkələrimiz arasında səmərəli əməkdaşlıq münasibətlərini qeyd edən nazir Ədliyyə nazirlikləri arasında işgüzar əlaqələrin inkişaf etdiyini vurğulayıb, Avropa ədliyyə nazirlərinin konfranslarında keçirilmiş ikitərəfli görüşləri və faydalı danışıqları xatırlatmış, əməkdaşlığa dair geniş perspektivlərin olduğunu bildirib.

Azərbaycanda böyük inkişafın şahidi olduğunu bildirən qonaqlar Bakı Humanitar Forumunun əhəmiyyətini qeyd edib, ölkəmizin Prezidenti cənab İlham Əliyevin Forumda çıxışı zamanı mədəniyyətlər və dinlərarası dialoqun təşviqinə xüsusi önəm verməsini və respublikamızda bu sahəyə böyük diqqətin olmasını yüksək dəyərləndiriblər.

Ədliyyə sahəsində Avropa şəbəkəsinin yaradıldığını bildirən qonaqlar Azərbaycanla əməkdaşlığa böyük önəm verdiklərini vurğulayıb, qurumun təsisçiləri kimi Şəbəkənin fəaliyyət istiqamətlərindən danışıb, qarşılıqlı fəaliyyətə dair təkliflər irəli sürüblər.

Görüşdə həmçinin, ədliyyə və məhkəmə fəaliyyətinə, habelə multikulturalizm və dinlərarası dialoqun gücləndirilməsinə dair əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Qonaqlar nazirlikdə Ədliyyə tarixi muzeyində olublar.

Keçidlər