X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Ədliyyə Nazirliyində görüş

Ölkəmizdə səfərdə olan Qırğızıstan Respublikası Ali Məhkəməsinin Konstitusiya Palatasının sədri Mukambet Kasımaliyevin başçılıq etdiyi nümayəndə heyəti oktyabrın 9-da ədliyyə nazirinin müavini Toğrul Musayevlə görüşüb.

Azərbaycan və Qırğızıstanın dostluq və səmərəli əməkdaşlıq münasibətlərini qeyd edən nazir müavini dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan mütərəqqi islahatlardan, o cümlədən ədliyyə və məhkəmə-hüquq sistemindəki yeniliklərdən danışıb, əlaqələrimizin dərinləşdirilməsi üçün geniş perspektivlərin olduğunu bildirib.

Qardaş xalqlarımız arasındakı münasibətlərin inkişafını vurğulayan M.Kasımaliyev Azərbaycan Prezidenti İlham Əliyevin bu əlaqələrə töhfəsini qeyd edib, respublikamızın dinamik tərəqqisindən heyran qaldıqlarını vurğulayıb. Ölkəmizin hüquqi sahədə nailiyyətlərini maraqla qarşılayan qonaqlar qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsi arzusunda olduqlarını söyləyiblər.

Qırğızıstanın nümayəndə heyəti nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olub.

Keçidlər