X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Ədliyyə Nazirliyinin Kollegiyasında

Ədliyyə Nazirliyinin dekabrın 24-də keçirilmiş kollegiya iclasında ulu öndər Heydər Əliyevin siyasi kursunun dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, iqtisadiyyatın sürətli inkişafına görə ölkəmizin lider dövlətə çevrilməsi, demokratik hüquqi dövlət quruculuğunda, xüsusilə məhkəmə-hüquq islahatlarının nailiyyətləri qeyd edilmişdir. Ölkə Prezidentinin ədliyyə sisteminə göstərdiyi yüksək diqqət və qayğısı, Azərbaycan ədliyyəsinin 90 illik yubileyi ərəfəsində Nazirliyin yeni embleminin və Ədliyyə Akademiyasının Nizamnaməsinin təsdiq edilməsi, işçilərin maddi təminatının yaxşılaşdırılması, bir qrup ədliyyə işçilərinin yüksək dövlət təltiflərinə və fəxri adlara layiq bilinməsi vurğulanaraq, «Tərəqqi» və «Hərbi xidmətlərə görə» medalları ilə təltif edilmiş ədliyyə işçilərinə nazir Fikrət Məmmədov tərəfindən bu yüksək dövlət mükafatları təqdim edilmişdir.

Ədliyyə orqanlarında qulluqda fərqləndiklərinə görə təltif olunmuş əməkdaşlar çıxış edərək, onlara göstərilən bu yüksək etimadı bundan sonra da doğruldacaqlarını söyləmiş, ölkə başçısına dərin minnətdarlıqlarını və doğum günü münasibətilə səmimi təbriklərini ifadə etmişlər.

İclasda həmçinin, ümumbəşəri sosial bəla olan korrupsiya ilə mübarizə sahəsində təsirli tədbirlərdən danışılmış, ölkə Prezidentinin 28 iyul 2007-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın ədliyyə orqanlarında icrası üzrə 2009-cu ildə görüləsi antikkorupsiya tədbirləri geniş müzakirə olunmuşdur.

Bununla yanaşı, istintaq zamanı müasir texnologiyaların köməyi ilə konkret cinayət işinin eksperimental elektron versiyasının ilk dəfə olaraq təcrübədə tətbiqinin müsbət nəticələri müzakirə olunmuş, onun həm məhkəmə prosesinin tərəfləri, həm də ictimaiyyət tərəfindən alqışlandığı qeyd edilmiş və bu praktikanın gələcəkdə geniş istifadə olunması məsələsinə baxılmışdır.

Eyni zamanda, qeyri-kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı prosedurunu ətraflı tənzimləyən, müsbət təcrübəni özündə əks etdirməklə hazırlanmış yeni Qaydalar müzakirə olunaraq bəyənilmiş, onların qeydiyyat işinin daha səmərəli qurulmasına və səviyyəsinin yükəldilməsinə xidmət edəcəyi vurğulanmışdır.

İclasda digər məsələlərə baxılmış, 50-yə yaxın qeyri-kommersiya təşkilatı, həmçinin Azərbaycan Milli Demokrat partiyası dövlət qeydiyyatına alınmışdır.














Keçidlər