X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

İnsan hüquqları üzrə Avropa Komissarı ilə Ədliyyə Nazirliyində görüş

Oktyabrın 23-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov İnsan hüquqları üzrə Avropa Komissarı Nils Mujniyeks ilə görüşüb.

Görüşdə Azərbaycan və Avropa Şurası arasında əməkdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluq ifadə olunub, dövlətimizin prioritetlərindən olan insan hüquqlarının təminatına yönələn tədbirlər, o cümlədən ölkəmizin Avropa Şurası Nazirlər Komitəsində sədrliyi çərçivəsində bu günlərdə keçiriləcək İnsan hüquqları üzrə Avropa Konvensiyasının milli səviyyədə implementasiyasına dair beynəlxalq konfransın əhəmiyyəti qeyd olunub.

Bildirilib ki, tədbirdə iştirak etmək üçün Avropa dövlətləri Ali məhkəmələrinin, eləcə də Avropa Məhkəməsinin sədr və hakimlərinin, insan hüquqları sahəsində ixtisaslaşmış nüfuzlu alimlərin ölkəmizə səfərləri nəzərə alınaraq onların zəngin bilik və təcrübəsindən faydalanmaq üçün artıq azərbaycanlı hakimlər və prokurlar üçün silsilə tədris tədbirlərinin keçirilməsinə başlanılıb.

Söhbət zamanı həmçinin, insan haqlarının qorunması, məhkəmə sisteminin inkişafı, Avropa Məhkəməsinin presedentlərinin öyrənilməsi, Məhkəmənin qərarlarının icrası, qanunvericiliyin təkmilləşdirilməsi, vətəndaş cəmiyyətinin inkişafı və digər maraq doğuran məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılıb.

Qonaq nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olub.

Keçidlər