X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Ədliyyə Nazirliyində İranın ölkəmizdəki səfiri ilə görüş

Noyabrın 13-də ədliyyə naziri Fikrət Məmmədov İranın ölkəmizdəki səfiri Möhsün Pakayin ilə görüşüb.

Ölkələrimiz arasında dostluq və səmərəli əməkdaşlıq münasibətlərini qeyd edən nazir ölkə prezidentlərinin mütəmadi, o cümlədən bu günlərdə İranın dövlət başçısı Həsən Ruhaninin Azərbaycana səfərinin və imzalanan sənədlərin ikitərəfli əlaqələrin daha da möhkəmlənməsinə əlavə zəmin olduğunu vurğulayıb. Həmçinin, hüquqi əlaqələrin inkişafından məmnunluq ifadə olunub.

Azərbaycan və İran arasında əlaqələrin ən yüksək səviyyədə olduğunu söyləyən səfir ölkə prezidentləri arasında səmimi və qarşılıqlı anlaşma şəraitində görüşlərin keçirildiyini və İran prezidentinin Bakıya səfərinin əhəmiyyətini qeyd edib. M.Pakayin həmçinin, Ədliyyə Nazirliyi ilə faydalı əməkdaşlığı təqdir edib.

Görüşdə hüquqi yardım, məhkumların verilməsi və hüquqi sahədə əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Keçidlər