X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Bolqarıstanın vitse-prezidenti ilə Ədliyyə Nazirliyində görüş

Noyabrın 20-də ədliyyə naziri Fikrət Məmmədov Bakıda keçirilən Beynəlxalq Antikorrupsiya Akademiyası (IACA) üzv dövlətlərinin assambleyasının üçüncü sessiyasında iştirak etmək məqsədilə Azərbaycana səfərə gəlmiş Bolqarıstanın vitse-prezidenti xanım Marqarita Popova ilə görüşüb.

Xanım M.Popovanın IACA-nın işində fəal iştirakını və məzmunlu çıxışını qeyd edən nazir dövlətlərimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin səviyyəsini vurğulayıb, 2012-ci ildə Boqarıstana səfərini xatırladaraq, iki ölkə arasında inkişaf edən müqavilə-hüquq bazasının, o cümlədən Ədliyyə nazirlikləri arasında imzalanmış əməkdaşlığa dair Sazişin səmərəli qarşılıqlı fəaliyyət üçün geniş imkanlar açdığını bildirib.

Nazir dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı ədliyyə və məhkəmə islahatları, o cümlədən hakimlərin ən şəffaf seçimi barədə məlumat verib, həyata keçirilən tədbirlərdə Bolqarıstanın təcrübəsinin nəzərə alındığını qeyd edib.

Ölkəmizə səfərindən məmnunluğunu ifadə edən qonaq ikitərəfli əlaqələrin dinamik inkişafını vurğulayıb, IACA-nın Bakı sessiyasının yüksək səviyyədə təşkil olunduğunu bildirib. Bolqarıstanın vitse-prezidenti Azərbaycanın məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi üzrə görülən tədbirləri maraqla qarşılayaraq öz ölkəsində bu sahədə aparılan islahatlarla bölüşüb.

Görüşdə ədalət mühakiməsinin səmərəliliyi üzrə tədbirlər, Ədliyyə Akademiyasının fəaliyyəti, hüquqşünasların tədrisi və s. maraq kəsb edən mövzular üzrə faydalı fikir mübadiləsi aparılıb.

Bolqarıstanın vitse-prezidenti nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olub.

Keçidlər