X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Ədliyyə Nazirliyində görüş

 

Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda ədliyyə sisteminin müasirləşdirilməsinə, bu sahədə fəaliyyətin səmərəliliyinin daha da artırılmasına və inzibati potensialının gücləndirilməsinə böyük önəm verilərək məqsədyönlü islahatlar aparılır.

Bu sahədə görülən genişmiqyaslı tədbirlər həmçinin, nüfuzlu beynəlxalq təşkilatların  diqqətini cəlb edib, o cümlədən Avropa İttifaqı tərəfindən təşəbbüs göstərilərək "Ədliyyə sahəsində islahatlara dəstək" adlı birgə Proqram həyata keçirilib. Proqram çərçivəsində nazirliyin mühüm istiqamətlərindən olan Ədliyyə Akademiyasının və regional ədliyyə şöbələrinin fəaliyyətinin gücləndirilməsi, penitensiar sistemin inkişafı üzrə mühüm addımlar atılıb, o cümlədən vətəndaşların ədliyyə orqanlarına çıxışının asanlaşdırılması, infrastrukturun təkmilləşdirilməsi, müasir İKT-lərin tətbiqi, yüksək keyfiyyətli xidmətlərin təşkili üzrə və digər əməli tədbirlər görülüb.

Avropa İttifaqının ölkəmizdəki Nümayəndəliyinin rəhbəri xanım Malena Mard dekabrın 4-də ədliyyə nazirinin müavini Toğrul Musayev ilə görüşüb.

Görüşdə Nümayəndəlik və Ədliyyə Nazirliyi arasındakı səmərəli qarşılıqlı fəaliyyət yüksək qiymətləndirilib, ədliyyə sahəsində həyata keçirilən Proqramın uğurlu nəticələri, islahatların davam olunmasının əhəmiyyəti, bu istiqamətdə yeni, o cümlədən Şərq Tərəfdaşlığı Təşəbbüsü çərçivəsində Hərtərəfli İnstitusional Quruculuq Proqramının icrasına dair, eləcə də Avropa Şurası ilə birgə layihələrin təşviqi və dəstəyin göstərilməsi qeyd edilib.

Söhbət zamanı həmçinin, əməkdaşlığın gələcək prioritetləri, habelə vətəndaş cəmiyyətinin inkişafı, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi və s. məsələlər barədə fikir mübadiləsi aparılıb.

Keçidlər