X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Avropa məhkəməsinin presedentlərinin öyrənilməsi diqqət mərkəzindədir

Ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə görülən tədbirlər çərçivəsində hakimlərin peşəkarlıq səviyyələrinin yüksəldilməsinə mühüm  əhəmiyyət verilir. Bu sahədə ölkə başçısı cənab İlham Əliyevin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi ilə bağlı tapşırıqlarının icrası xüsusi diqqət mərkəzində saxlanılır.

Ədliyyə Akademiyası tərəfindən Ümumi Məhkəmə Hakimlərinin İctimai Birliyi (Assosiasiyası) ilə birgə "Avropa İnsan Hüquqları Konvensiyası və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququ" mövzusunda Qəbələ şəhərində geniş seminar keçirilib. 

Ali, apellyasiya və yerli məhkəmələrdən olan 50-dək hakimin iştirak etdiyi tədbirdə Ali Məhkəmənin təcrübəli hakimlərinin Avropa İnsan Hüquqları Konvensiyasının və həmin məhkəmənin presedentlərinin tətbiqi, mülkiyyət hüququnun qorunması mövzularında mühazirələri dinlənilib, Avropa Məhkəməsinin mühüm presedentləri təhlil edilib.

Geniş müzakirələr şəraitində keçirilən tədbirdə Avropa Məhkəməsi presedentlərinin tətbiqi ilə bağlı təcrübədən irəli gələn məsələlər üzrə səmərəli fikir mübadilələri aparılıb, qaldırılan suallara aydınlıq gətirilib.

Tədbir iştirakçıları bu cür aktual mövzularda təlimlərin təşkilinin hakimlərin bilik və bacarıqlarının artırılmasında və vahid məhkəmə təcrübəsinin formalaşdırılmasında əhəmiyyətini qeyd ediblər.

Keçidlər