X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Ədliyyə Akademiyası vəkillər üçün təlimlər keçirib

Azərbaycanda ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə insan hüquqlarının təşviqinə dair aparılan məqsədyönlü islahatlar çərçivəsində Ədliyyə Akademiyası tərəfindən Avropa Şurası ilə birgə insan hüquqları ilə bağlı vəkillərin və hüquq müdafiəçilərinin bacarıqlarının artırılmasına dair birgə iki illik layihə həyata keçirilir.

Həmin layihə çərçivəsində Bakı və Gəncə şəhərlərində Ayrı-seçkiliyin qadağan olunması baxımından İnsan Hüquqları üzrə Avropa Konvensiyasının ayrı-ayrı müddəalarına, xüsusilə mülkiyyətin müdafiəsi, şəxsi həyata və ailə həyatına hörmət hüquqlarının qorunmasına həsr olunmuş təlimlər keçirilib.

Bu cür fundamental hüquqlara dair keçirilmiş treninqlərdə 60-a yaxın vəkil və hüquq müdafiəçisi iştirak edib. Hüquqşünaslar Konvensiyanın müvafiq maddələrinin şərhi, aidiyyəti presedent hüququ və məhkəmə təcrübəsi, məhkəmə və digər mövcud müdafiə vasitələri, habelə qabaqcıl beynəlxalq təcrübə ilə tanış olublar.

İştirakçılar bu bilgilərin vəkillərin peşəkarlıqlarının artırılmasına və vətəndaşların hüquqlarının yüksək səviyyədə qorunmasına xidmət edəcəyini qeyd ediblər.

Keçidlər