X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

İctimai komitənin iclası keçirilmişdir

Respublikamızda penitensiar xidmətin müasirləşdirilməsi, bu sahədə şəffaflığın artırılması üzrə məqsədyönlü tədbirlər görülərək, Ədliyyə Nazirliyi tərəfindən ictimai təşkilatlarla sıx əlaqələr qurulmuş, ictimai nəzarəti həyata keçirmək və məhkumların islah olunmasında ictimaiyyətin iştirakını təmin etmək məqsədilə 2006-cı ildə İctimai Komitə yaradılmışdır...

Bu günlərdə tərkibi müsabiqə yolu ilə yenidən formalaşmış Komitənin iclası keçirilmiş, son bir illik fəaliyyəti dövründə görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunmuş, hüquq müdafiəçisi Sahib Məmmədov qurumun koordinatoru seçilmişdir.

Tədbirə qatılan ədliyyə naziri Fikrət Məmmədov məhkəmə-hüquq sistemi çərçivəsində penitensiar xidmətdə aparılan islahatların müstəsna əhəmiyyətini qeyd etmiş, bu sahədə köklü dəyişikliklərin edildiyini, məhkumların saxlanma şəraitin, onların ərzaq, tibb və dərman təminatının yaxşılaşdırılması, regionlarda yeni cəzaçəkmə müəssisələrinin inşa olunması üzrə görülən işlərdən danışmış, ötən il Naxçıvan MR-da yeni müasir tipli penitensiar kompleksin açıldığını, bu il isə Bakıda 1 və 3 saylı istintaq təcridxanalarını əvəz edəcək yeni müəssisənin istifadəyə veriləcəyini Komitə üzvlərinin diqqətinə çatdırmışdır. O, ictimai nəzarətin həyata keçirilməsində və məhkumların islah olunmasında İctimai Komitənin rolunu, fəaliyyətində şəffaflığın və komitənin internet saytının yaradılmasının əhəmiyyətini vurğulamışdır.

İclasda Komitə üzvləri penitensiar sahədə aparılan islahatlar nəticəsində qazanılmış nailiyyətlərin şahidi olduqlarını vurğulamış, Azərbaycanın müsbət təcrübəsinin yayılması məqsədilə beynəlxalq konfransın keçirilməsi təşəbbüsünü irəli sürmüş, qurum tərəfindən cəzaçəkmə müəssisələrinə edilmiş başçəkmələr və islah işləri barədə məlumat vermiş, konkret təkliflərlə çıxış etmişlər.

Tədbirin sonunda nazir qurumun üzvlərinə cəzaçəkmə müəssisələrinə maneəsiz buraxılması üçün xüsusi vəsiqələr təqdim etmiş və uğurlu fəaliyyət arzulamışdır.

Keçidlər