X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Ulu Öndərin xatirəsinə həsr olunmuş veloyürüş

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü  münasibəti  ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 3 may 2015-ci il tarixdə   həvəskarlar  arasında velosiped yürüşü təşkil edib. Təşəbbüsə qoşulan  Azərbaycan  Velosiped  İdmanı Federasiyasının nümayəndələri və "İrəli" İctimai  Birliyinin üzvləri  tədbirdə fəal iştirak ediblər.

Yürüş iştirakçıları  Dövlət  Bayrağı Meydanından Heydər Əliyev Mərkəzinədək olan məsafəni qət ediblər. Heydər Əliyev Mərkəzinin qarşısında 150 nəfərədək  həvəskar velosipedçini  Ədliyyə Nazirliyinin çoxsaylı əməkdaşları alqışlarla qarşılayıblar.   

Tədbirdə kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Keçidlər