X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Avropa Şurasının Azərbaycan üçün Fəaliyyət Planının icrası əməkdaşlığımızın inkişafına xidmət edir

Avropa Şurasının Azərbaycan üçün 2014-2016-cı illər üzrə Fəaliyyət Planından irəli gələn layihələrin müzakirəsi məqsədilə AŞ-nin dəvətinə əsasən ədliyyə nazirinin müavini Toğrul Musayev nümayəndə heyəti ilə aprelin 27-də Strasburqda səfərdə olub.

Avropa Şurasının Demokratiya üzrə Baş Direktorluğunun, Siyasi məsələlər üzrə Direktorluğunun və AŞ-nin Bakıdakı Ofisinin rəhbərliyinin, həmçinin Avropa İttifaqının nümayəndəsinin iştirakı ilə keçirilən görüşdə dövlətimizin siyasi iradəsi ilə vətəndaş cəmiyyəti institutlarının inkişafı, o cümlədən qeyri-hökumət təşkilatlarının fəaliyyətini tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsi, onlara dövlət dəstəyinin gücləndirilməsi üzrə görülən işlər barədə məlumat verilib, bu sahəni əhatə edən layihə ilə bağlı məsələlər ətraflı müzakirə olunaraq təqdim edilmiş konseptual təkliflər AŞ tərəfi ilə razılaşdırılıb.

Səfər proqramına uyğun olaraq Fəaliyyət Planı üzrə məhkəmə sisteminin effektivliyinin artırılması ilə əlaqədar layihənin də ilkin təqdimatı keçirilib.

Müzakirələrdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin sektor müdiri, ölkəmizin İnsan Hüquqları üzrə Avropa Məhkəməsindəki səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov və Azərbaycanın AŞ yanındakı daimi nümayəndəsi Emin Eyyubov iştirak ediblər.

Səfər zamanı T.Musayev AŞ İnsan hüquqları və qanunun aliliyi üzrə Baş Direktorluğunun rəhbəri Filip Buaya, həmçinin Siyasi məsələlər üzrə direktor Aleksandr Qessel, Demokratiya üzrə Baş direktor Snejana Samardjiç-Markoviç ilə görüşlər keçirərək Fəaliyyət Planının icrası üzrə qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılıb.

Keçidlər