X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Avropa Komissiyası Ədliyyə Nazirliyi ilə əməkdaşlığın davam etdirilməsində maraqlıdır

Avropa Komissiyasının təşkilatçılığı ilə tvininq konfransında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Avropa Komissiyasının Avropa, Cənubi Aralıq Dənizi zonası, Yaxın Şərq və Qonşuluq Siyasəti üzrə ofisinin direktoru Markus Kornaro nümayəndə heyəti ilə yanvarın 22-də Ədliyyə Nazirliyində olmuşdur...

Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini vurğulayan ədliyyə nazirinin müavini Toğrul Musayev ölkəmizdə ədliyyə sahəsində islahatlara dəstək Proqramının işlənib hazırlanması ilə bağlı 2007-ci ilin dekabrında Brüsseldə Avropa Komissiyası ilə keçirilmiş görüşü xatırladaraq, ikitərəfli müzakirələrin əhəmiyyətini və səmərəsini xüsusi qeyd etmiş və hazırda bu istiqamətdə aparılan tədbirlərdən danışmışdır.

Nazir müavini ölkəmizdə insan hüquqlarının etibarlı qorunması ilə bağlı mükəmməl qanunvericilik bazasının və müvafiq təsisatların formalaşdırılmasını diqqətə çatdıraraq, dövlət başçısı tərəfindən ədliyyə sisteminin inkişafına dair çox mühüm və vacib normativ-hüquqi sənədlərin qəbul olunduğunu, o cümlədən Ədliyyə Akademiyasının Nizamnaməsinin təsdiq edildiyini vurğulamış, son illər ərzində ədliyyə orqanlarının müasirləşdirilməsi, regional ədliyyə şöbələrinin formalaşdırılması, eyni zamanda, penitensiar xidmətin təkmilləşdirilməsi, müasir infrastrukturunun yaradılması, bu sahədə şəffaflığın və ictimai nəzarətin həyata keçirilməsi, məhkumların hüquqlarının qorunması və saxlanma şəraitinin yaxşılaşdırılması üzrə görülən konkret işlər barədə məlumat vermişdir.

Azərbaycanda ədliyyə sahəsində əldə edilmiş nailiyyətləri böyük maraqla qarşılayan M.Kornaro bu sahədə islahatlara dəstək layihəsinin imzalanmağa hazır olduğunu bildirmiş, ölkəmizlə səmərəli əməkdaşlığın bundan sonra da davam etdirilməsində və gələcəkdə ədliyyə sisteminin digər istiqamətləri üzrə yeni layihələrinin həyata keçirilməsində maraqlı olduğunu qeyd etmişdir.

Faydalı fikir mübadiləsi şəraitində keçən görüşdə həmçinin, ölkəmizdə söz və mətbuat azadlığı, korrupsiya ilə mübarizəyə dair məsələlər müzakirə olunmuş, qarşılıqlı maraq doğuran suallara aydınlıq gətirilmişdir.

Keçidlər