X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Yunanıstanla hüquqi əməkdaşlıq genişlənir

Bu günlərdə Yunanıstanda keçirilən Avropa Ümumi Hüquq Təşkilatının (EPLO) növbəti iclasında ölkəmizi bu qurumun İdarə Heyətinin üzvü, ədliyyə nazirinin müavini Toğrul Musayev təmsil edib.  

Tədbir çərçivəsində Yunanıstan Respublikasının Prezidenti cənab Prokopis Pavlopulosun iştirakı ilə EPLO-nun Afinanın qədim tarixi mərkəzində yerləşən yeni inzibati binasının açılış mərasimi olub.

Yunanıstan Respublikasının Prezidenti
cənab Prokopis Pavlopulos tərəfindən qəbul

Açılışdan sonra nazir müavini Yunanıstan Prezidenti P.Pavlopulos tərəfindən qəbul edilib. Qəbulda dövlətlərimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluq ifadə olunub, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hərtərəfli tərəqqisi naminə görülən işlər və əldə olunan nailiyyətlər yüksək qiymətləndirilib.

Yunanıstanın ədliyyə, şəffaflıq və
insan hüquqları naziri
Dimitris Papagelopoulosla görüş

EPLO-nun prezidenti, hazırda Yunanıstan Xarici İşlər Nazirliyinin Dövlət Katibi professor Spiridon Floqaitisin sədrliyi ilə keçirilən İdarə Heyətinin iclasında təşkilatın illik fəaliyyəti, həyata keçirilən layihələr barədə hesabat dinlənilib, gələcək inkişaf perspektivləri, hüquqşünasların tədrisi sahəsində tətbiq edilən innovativ yeniliklər və digər təşkilati məsələlər iştirakçılar tərəfindən müzakirə edilib.

Səfər çərçivəsində nazir müavini T.Musayevin Yunanıstanın ədliyyə, şəffaflıq və insan hüquqları naziri Dimitris Papagelopoulosla görüşü olub.

Görüşdə Azərbaycanda aparılan mütərəqqi hüquqi islahatlar, ədliyyə orqanlarının çoxşaxəli fəaliyyət istiqamətləri, əhaliyə göstərilən elektron xidmətlər və ictimai iştirakçılıq barədə məlumat verilib, Nazirliklər arasında ikitərəfli səmərəli əlaqələrin qurulması məqsədilə əməkdaşlıq haqqında Memorandum layihəsi müzakirə olunub.

Nazir D.Papagelopoulos ölkəmizdə görülmüş işləri təqdir edərək əməkdaşlığımızın vacibliyini vurğulayıb və sənədin imzalanmasında maraqlı olduqlarını bildirib.

Keçidlər