X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Notariat fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərin sənədlərinin qəbulu oktyabrın 1-də başa çatır

Ədliyyə Nazirliyinin mətbuat xidməti bildirir ki, Şirvan şəhərində, Ağsu, Qobustan, Şəmkir, Yardımlı və Zərdab rayonlarında notarius vakansiyalarının yaranması ilə əlaqədar elan edilmiş notariat fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərin sənədlərinin qəbulu müddəti cari ilin oktyabr ayının 1-dən başa çatacaq.

Müraciət etmiş şəxslərə imtahan və müsahibə zamanı sualların hazırlanmasında istifadə olunan normativ hüquqi aktların siyahısının və digər zəruri məlumatların əks olunduğu "Yaddaş kitabçası" təqdim edilmiş, müsabiqənin prosedurları barədə müvafiq izahlar verilmişdir.

"Notariat haqqında" Qanuna və "Notariat fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə şəhadətnamə almaq üçün imtahanın və müsahibələrin keçirilməsi Qaydası"na əsasən toplanmış sənədlərin qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğunluğu Nazirlikdə araşdırılaraq İxtisas Komissiyasına təqdim olunacaq.

Test imtahanının vaxtı və yeri barədə Ədliyyə Nazirliyinin İxtisas Komissiyası tərəfindən məlumat veriləcəkdir.

Əlavə məlumatları nazirliyin internet saytından, habelə 404-42-19, 404-42-28 nömrəli əlaqə telefonları vasitəsilə əldə etmək mümkündür.

Keçidlər