X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Avstriyalı hüquqşünaslar Azərbaycanda səfərdədirlər

Avstriyanın Ali, apellyasiya, regional və rayon məhkəmələrinin, Baş Prokurorluğunun və Ədliyyə Nazirliyinin 40 nəfərə yaxın nümayəndə heyəti ölkəmizə maraq göstərərək səfərə gəlib.

Oktyabrın 8-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov nümayəndə heyətini qəbul edib.

Dövlətlərimiz arasında səmərəli əməkdaşlıq və dostluq münasibətlərinin səviyyəsini qeyd edən nazir ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı ədliyyə və məhkəmə islahatları, o cümlədən yeni məhkəmələrin yaradılması, hakimlərin ən şəffaf seçimi və tədrisi, məhkəmə infrastrukturunun müasirləşdirilməsi, elektron məhkəmənin tətbiqi barədə məlumat verib, hüquqi sahədə qarşılıqlı fəaliyyətin daha da dərinləşdirilməsi üçün geniş perspektivlərin olduğunu vurğulayıb.

Hüquqi sahədə əlaqələrin inkişafına böyük önəm verdiyini söyləyən nümayəndə heyətinin rəhbəri xanım Maria Vanke-Çzervenka ölkəmizə səfərindən məmnunluğunu ifadə edib, respublikamızın hərtərəfli dinamik tərəqqisinin şahidi olduğunu söyləyib, məhkəmə-hüquq sistemində aparılan islahatları maraqla qarşılayaraq, əldə olunan nailiyyətləri yüksək qiymətləndirib.

Qonaqlar nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olarkən ədliyyə nazirinin müavini Azər Cəfərov Azərbaycanın məhkəmə-hüquq siteminin inkişaf mərhələlərindən bəhs edib, hüquqi sahədə qarşılıqlı fəaliyyətin səmərəsi qeyd olunub.

Tədbirdə Avstriyanın Azərbaycandakı səfiri Aksel Vex iştirak edib.

Səfər çərçivəsində qonaqlar respublikamızda aparılan məhkəmə-hüquq islahatlarına böyük maraq göstərərək Ali Məhkəmədə görüş keçirilib, eləcə də Şəkidə ədliyyə və məhkəmə orqanlarının fəaliyyəti, o cümlədən inşası başa çatmaqda olan möhtəşəm məhkəmə kompleksi ilə tanış olaraq yaradılmış yüksək şəraitdən və qabaqcıl İKT-lərin geniş tətbiqindən heyranlıqlarını ifadə ediblər. Onlar Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin müasir binasına baş çəkərək ölkə Prezidentinin Sərəncamı ilə yaradılan "elektron məhkəmə" informasiya sisteminin sınaq rejimində tətbiqini izləyib və ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına xidmət edən bu texnoloji yenilikləri təqdir ediblər.

Nümayəndə heyəti həmçinin, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə baş idarəsinin fəaliyyəti, habelə paytaxtımızın tarixi və mədəni abidələri, o cümlədən Qobustan Milli Tarix-Bədii Qoruğu ilə tanış olub.

Səfər zamanı qonaqların Azərbaycan brendi olan ASAN xidmətin vətəndaş məmnunluğuna yönələn fəaliyyəti ilə də tanışlığı nəzərdə tutulur.

Keçidlər