X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Notariat fəaliyyəti ilə məşğul olmaq istəyən namizədlərlə test imtahanı keçirilmişdir

Ədliyyə Nazirliyinin İxtisas Komissiyası bildirir ki, Şirvan şəhərində, Ağsu, Qobustan, Şəmkir, Yardımlı və Zərdab rayonlarında notarius vakansiyalarının yaranması ilə əlaqədar elan edilmiş notariat fəaliyyəti ilə məşğul olmaq məqsədilə şəhadətnamə almaq istəyən şəxslərin sənədlərinin qəbulu başa çatdırılaraq, «Notariat haqqında» Qanunun tələblərinə cavab verən namizədlərlə noyabr ayının 28-də test imtahanı keçirilmişdir.

Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə birlikdə aşkarlıq şəraitində kompüterdən istifadə edilməklə vakant olan 6 notarius vəzifəsi üzrə keçirilmiş imtahanı vətəndaş cəmiyyətinin nümayəndələri izləmiş, həmçinin tədbirin gedişi internet vasitəsilə «on-line» rejimində birbaşa yayımlanmışdır.

«Notariat fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə şəhadətnamə almaq üçün imtahanın və müsahibələrin keçirilməsi Qaydası»na əsasən test imtahanında namizədin hüquqi biliklərini, məntiqi nəticələr çıxarmaq qabiliyyətini və ümumi dünaygörüşünü müəyyən etmək üçün verilən test tapşırığı 100 sualdan ibarət olmuşdur.

Yekun nəticələrə görə imtahanda 51 nəfər müvəffəqiyyət qazanaraq ikinci mərhələyə - müsahibəyə buraxılmışdır (siyahı Nazirliyin internet səhifəsində yerləşdirilmişdir). Namizədlər suallara verdikləri cavabların nəticələri ilə test imtahanının sonunda istifadələrində olan monitor vasitəsilə tanış olmuş və bu barədə bildirişi yerindəcə əldə etmişlər.

Növbəti müsahibə mərhələsinin keçirilmə vaxtı və yeri barədə namizədlərə məlumat veriləcəkdir.

Keçidlər