X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Notariat fəaliyyəti ilə məşğul olmaq istəyən namizədlərin nəzərinə

Ədliyyə Nazirliyinin İxtisas komissiyası bildirir ki, Şirvan şəhərində, Ağsu, Qobustan, Şəmkir, Yardımlı və Zərdab rayonlarında notariat fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərlə 28.11.2015-ci il tarixdə keçirilmiş test imtahanında uğur qazanmış namizədlərlə müsahibə keçirilməsinə dekabr ayının 9-dan etibarən başlanılacaqdır. 

Müsahibə nazirliyin Qeydiyyat və notariat baş idarəsinin inzibati binasında (Bakı şəhəri, Azadlıq prospekti, 72) fərdi qaydada keçiriləcək və hər bir namizədə bu barədə əvvəlcədən məlumat veriləcəkdir.

Xatırladırıq ki, müsahibənin nəticələrinə əsasən elan olunmuş notarius vakansiyası üzrə ən yüksək bal toplamış namizədlər Ədliyyə Akademiyasında icbari təlimə cəlb ediləcək və təlimin yekunları üzrə qiymətləndirmədən müvəffəqiyyətlə keçənlərə notariat fəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamənin verilməsi məsələsinə baxılacaq.

Keçidlər