X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Avropa Şurası ölkəmizlə əməkdaşlığı yüksək qiymətləndirir

Fevralın 12-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Avropa Şurası İnsan Hüquqları və Hüquqi Məsələlər üzrə Baş Direktorluğunun əməkdaşlıq idarəsinin direktoru xanım Marqaret Killerbi ilə görüşmüşdür.

Avropa Şurası ilə səmərəli əməkdaşlığı qeyd edən nazir ədliyyə və məhkəmə sisteminin inkişafı üzrə əldə edilmiş nailiyyətlərdən danışmış, bu sahələr üzrə bir sıra nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən Avropa Şurası ilə mühüm layihələrin həyata keçirilməsini vurğulamışdır.

Ölkəmizlə əməkdaşlığı yüksək qiymətləndirən xanım M.Killerbi ədliyyə sisteminin müxtəlif sahələri üzrə, o cümlədən penitensiar xidmətin müasirləşdirilməsinə, habelə məhkəmə hakimiyyətinin təkmilləşdirilməsinə dair mühüm layihələrin uğurlarını qeyd etmiş, qarşılıqlı fəaliyyətin genişləndirilməsinə hazır olduğunu bildirmişdir.

Görüşdə bu günlərdə dövlət başçısının sərəncamı ilə təsdiq olunmuş Azərbaycan ədliyyəsinin inkişafına dair Dövlət Proqramının icrası, Ədliyyə Akademiyasının fəaliyyətinin təşkili, ədliyyə işçilərinin, hakimlərin və digər hüquqşünasların treninqi və s. məsələlər üzrə əməkdaşlıq perspektivləri müzakirə olunmuşdur.

Tədbirdən sonra qonaq Ədliyyə tarixi muzeyi ilə tanış olmuşdur.

Keçidlər