X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Gənclər Günü ədliyyə orqanlarında qeyd olunub

Ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş dövlət gənclər siyasəti bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf etdirilir. Dövlətçiliyə sadiq, sağlam düşüncəli, müasir Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində fəal iştirakı ilə seçilir.

Azərbaycan Gənclərinin Birinci Forumunun 20 illiyi və 2 fevral - Gənclər Günü münasibətilə ədliyyə orqanlarında silsilə tədbirlər keçirilib, o cümlədən stajorluq keçən bir qrup gənc mütəxəssis qulluqda fərqləndirilib, yerli qurumlarda çalışan gənc ədliyyə işçiləri nazirliyin aparatında təcrübəyə cəlb edilib, muzeylərə ekskursiyalar təşkil olunub, mətbuatda çıxışlar edilib.

Əlamətdar gün münasibətilə Ədliyyə Nazirliyində gənc ədliyyə əməkdaşları ilə görüş keçirilib.

Gənclər əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək abidəsi önünə əklil qoyub, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Nazirlikdə davam edən tədbiri giriş sözü ilə açan ədliyyə nazirinin müavini Toğrul Musayev ölkəmizdə dövlətçilik amallarına, milli-mənəvi və bəşəri dəyərlərə sadiq Azərbaycan gəncliyinin formalaşdığını qeyd edib, onların inkişafında və  təşkilatlanmasında dahi öndər Heydər Əliyevin misilsiz xidmətlərindən bəhs edib, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə son illərdə gənclərin innovativ potensiallarının artırılması üçün hərtərəfli şəraitin yaradıldığını bildirib, ölkə başçısının bu ərəfədə bir qrup gənclə görüşü zamanı gənc nəslin xalqa, dövlətə bağlılığı, milli ruhda tərbiyə olunması barədə verdiyi tövsiyələri diqqətə çatdırıb.

Çıxış edən gənclər hər zaman dövlət qayğısını hiss etdiklərini bildirərək ölkə Prezidentinə dərin minnətdarlıqlarını ifadə edib, əməkdaşlarının təxminən yarısı gənclər olan ədliyyə orqanlarına şəffaf müsabiqə yolu ilə qulluğa qəbul olunduqlarını vurğulayaraq bundan sonra da cəmiyyətimizin inkişafına sədaqətlə xidmət edəcəklərini, ədliyyə işçisi kimi insanların hüquq və azadlıqlarının etibarlı təminatı və hüquqi maarifləndirmə işində fəal iştirak edəcəklərini bildiriblər.

Keçidlər