X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Ədliyyə Nazirliyində İranın ölkəmizdəki səfiri ilə görüş

Ədliyyə naziri Fikrət Məmmədov İranın ölkəmizdəki səfiri Möhsün Pakayin ilə görüşüb.

Ölkələrimiz arasında dostluq və səmərəli əməkdaşlıq münasibətlərini qeyd edən nazir dövlət başçılarının mütəmadi görüşlərini, xüsusilə Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu yaxınlarda İrana mühüm əhəmiyyət kəsb edən səfərinin və müxtəlif sahələr üzrə əməkdaşlığa dair imzalanmış vacib sənədlərin ikitərəfli əlaqələrin daha da möhkəmlənməsinə əlavə zəmin olduğunu vurğulayıb, İrana qarşı tətbiq olunan sanksiyaların ləğv edilməsi münasibətilə təbriklərini çatdırıb.

Azərbaycan və İran arasında əlaqələrin yüksək səviyyədə olduğunu söyləyən səfir ölkə prezidentləri arasında səmimi və qarşılıqlı etimad şəraitində görüşlərin keçirildiyini və Azərbaycan Prezidentinin Tehrana səfərinin ikitərəfli münasibətlərimizdə yeni səhifə açdığını vurğulayıb, Ədliyyə Nazirliyi ilə faydalı əməkdaşlığı qeyd edib.

Görüşdə hüquqi yardım, məhkumların verilməsi və ədliyyə sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub, qarşılıqlı səfərlərin həyata keçirilməsinə dair razılıq əldə edilib.

Keçidlər