X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Azərbaycan Ordusunun zəfərləri xalqımızı yüksək qələbələrə ruhlandırır

Son günlər Azərbaycanın işğal olunmuş ərazilərində erməni silahlı birləşmələrinin təxribatlarına Milli Ordumuzun layiqincə cavab verməsi, kəskin əks zərbə nəticəsində düşmənin canlı qüvvəsinin və hərbi texnikasının darmadağın edilməsi, bir neçə yaşayış məntəqəsi və strateji yüksəkliyin işğaldan azad olunması haqq və ədalətin təntənəsi olmaqla xalqımızda qələbə sevinci yaşadır.

Bu fikirlər aprelin 5-də Ədliyyə Nazirliyi rəhbərliyinin ədliyyə işçiləri ilə keçirilmiş yığıncağında səslənib.

Əvvəlcə erməni separatçılarının təxribatlarına qarşı döyüşlərdə şəhid olan vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qanlı döyüşlərdə şanlı qələbə qazanması münasibətilə təbriklər bildirilib, hərbçilərimizin şücaəti və qəhrəmanlığı sayəsində düşmənin bütün həmlələrinin qarşısının qətiyyətlə alınaraq, böyük hərbi zəfərlər qazandığı vurğulanıb.

Çıxış edənlər, o cümlədən gənc ədliyyə işçiləri bildiriblər ki, dövlət başçısı tərəfindən ordu quruculuğu, vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində hazırda cəmiyyətimizdə böyük ruh yüksəkliyi nümayiş olunur, həmçinin ölkəmizin haqlı mövqeyi dünyada, eləcə də nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən dəstəklənir.

Ölkə başçısının cəbhədə baş verənlərlə əlaqədar Təhlükəsizlik Şurasının iclasındakı çıxışı hər bir azərbaycanlını Vətənin müdafiəsinə qalxmağa və əzəli torpaqlarını işğaldan azad etməyə ruhlandırır. Bununla əlaqədar gənclərimiz respublikamızın hər yerində Azərbaycan Ordusuna dəstək nümayiş etdirir, cəbhəyə könüllü getmək istəklərini bildirirlər.

Bu münasibətlə nazirliyin struktur qurumlarında, o cümlədən Penitensiar xidmətin Mühafizə alayında tədbirlər keçirilib, ədliyyə işçilərinin Ali Baş Komandanın ətrafında sıx birləşərək torpaqlarımızın düşməndən azad edilməsi uğrunda əmrin icrasına hər an hazır olduqları qeyd edilib, habelə Silahlı Qüvvələrə Yardım Fonduna xeyli vəsait köçürülüb.

 

Keçidlər