X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Ədliyyə Nazirliyində görüş

Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan Avropa Ümumi Hüquq Təşkilatının (EPLO) prezidenti professor Spiridon Floqaitis ilə Ədliyyə Nazirliyində görüş keçirilib.

Görüşdə ədliyyə nazirinin müavini, EPLO-nun Direktorlar Şurasının üzvü Toğrul Musayev Afinada fəaliyyət göstərən Avropa Ümumi Hüquq Təşkilatı ilə səmərəli əməkdaşlığı vurğulayıb, ötən il EPLO-nun Yunanıstanda keçirilmiş iclasında və yeni binasının açılışında iştirakını xatırladıb, xüsusilə tədbir çərçivəsində Yunanıstanın Prezidenti cənab Prokopis Pavlopulos tərəfindən qəbul edilməsini Azərbaycana olan yüksək münasibətin təzahürü olduğunu qeyd edib.

Azərbaycanda uzun müddətdən sonra yenidən səfərdə olmağından məmnunluğunu ifadə edən S.Floqaitis Bakıda keçirilən Forumun böyük əhəmiyyətini, ölkəmizdə sivlizasiyalararası dialoqun təşviqinə böyük önəm verilməsini təqdir edib, Forumun məqsədlərinin EPLO-nun fəaliyyət prinsipləri ilə üst-üstə düşdüyünü və bu sahədə həyata keçirilən tədbirləri vurğulayıb. Qonaq həmçinin, təşkilatın inkişaf perspektivləri barədə məlumat verərək respublikamızın bu mötəbər qurumda təmsilçiliyini yüksək qiymətləndirib.

Söhbət zamanı əməkdaşlıq məsələlərinə dair faydalı fikir mübadiləsi aparılıb.

Sonra ədliyyə naziri Fikrət Məmmədov qonaqla görüşüb. Görüşdə Azərbaycan və Avropa Ümumi Hüquq Təşkilatı arasında səmərəli qarşılıqlı fəaliyyətdən məmnunluq ifadə edilib, S.Floqaitisin bu münasibətlərin inkişafında xidmətləri qeyd olunub. Qonaq ölkəmizlə əlaqələrin daha da genişləndirilməsində maraqlı olduğunu söyləyib.

Keçidlər