X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Ulu öndər Heydər Əliyevin doğum günü ədliyyə orqanlarında geniş qeyd olunub

Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ədliyyə orqanlarında geniş qeyd olunur.

Xalqımız və dövlətimiz qarşısında müstəsna xidmətləri olan Ulu Öndər fəaliyyətinin bütün dövrlərində məhkəmə-hüquq sisteminin, o cümlədən ədliyyənin inkişafına qayğılı münasibət bəsləyib və Ədliyyə Nazirliyinin dövlət strukturu kimi təsis olunması bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır.

Ulu Öndərin ideyalarına daim sadiq qalan ədliyyə işçiləri mayın 10-da Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək abidəsi önünə gül dəstələri qoyub, əziz xatirəsinə əbədi ehtiramlarını bildiriblər.

Sonra tədbir nazirlikdə davam etdirilərək, yığıncaqdan əvvəl əbədiyaşar liderin büstü önünə əklil qoyulub.

Nazirliyin rəhbərliyinin və kollektivinin, o cümlədən gənc ədliyyə işçilərinin iştirakı ilə Heydər Əliyev muzeyində keçirilən tədbirdə Ulu Öndərin şərəfli və mənalı ömür yolundan, müstəqilliyimizin möhkəmlənməsi, ölkəmizin hərtərəfli inkişafı, demokratik hüquqi dövlət quruculuğu naminə həyata keçirdiyi titanik fəaliyyətindən, əvəzsiz xidmətlərindən ətraflı bəhs olunub, dahi rəhbərin zəngin dövlətçilik irsinin indiki və gələcək nəsillərə örnək olduğu bildirilib.

Ümummilli Liderin müəyyənləşdirdiyi strateji inkişaf kursunun möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində respublikamızın bütün sahələrdə yüksək nailiyyətlər əldə etdiyi vurğulanıb, dahi öndərin ideyalarının hərtərəfli və geniş təbliğində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xidmətlərindən danışılıb.

Tədbirdə ümummilli lider Heydər Əliyevlə bağlı zəngin təəssüratlar və xatirələr bölüşülüb, çıxış edənlər Azərbaycan tarixində əbədi və uca yer tutan dahi rəhbərin Vətən və xalq naminə gördüyü işləri qeyd edərək işıqlı xatirəsinin xalqımızın yaddaşında daim yaşayacağını söyləyib, Ümummilli Liderin dövlətçilik prinsiplərinə hər zaman sadiq qalacaqlarını, Azərbaycan dövlətinin hərtərəfli tərəqqisi, ərazi bütövlüyümüzün bərpası naminə yorulmaz fəaliyyətində ölkə Prezidentinə bundan sonra da layiqli yardımçı olacaqlarını bildiriblər.

Nazirliyin əməkdaşları Muzeydə Ulu Öndərin bənzərsiz həyatını və çoxşaxəli fəaliyyətini əks etdirən maraqlı ekspozisiyalarla, həmçinin xüsusi stendlə tanış olub, kinozalda Ümummilli Liderə həsr olunmuş filmlərə baxıblar.

Əlamətdar gün münasibətilə nazirliyin bütün struktur qurumlarında silsilə tədbirlər keçirilib.

 

Keçidlər